Ən məşhur 3 proqram təminatı
Qrafik dizaynerlərin istifadə etdiyi 3 ən məşhur proqram təminatı :
Qrafik dizayn dedikdə sözsüz ki, bir çoxumuzun ağlına ilk olaraq məhz bu söz gəlir - PHOTOSHOP. Daha çox peşəkar dizaynerlər və fotoqraflar tərəfindən istifadə olunan bu proqram təminatı Adobe şirkətinin məhsullarından biridir və istifadə məqsədləri çox genişdir. Misal üçün, reklam məhsulları ( broşura, afişa, kartlar və s. ), dijital rəsmlər, fotoların redaktə olunması və digər oxşar məqsədlər üçün isitifadə olunur.
Növbəti isə Photoshop-dan fərqli olaraq vektor əsaslı çalışan yəni, məlumatları piksellərlə yox, müxtəlif riyazi hesablamalara əsaslanan xətlər, əyrilər və fiqurlar vasitəsilə saxlayan İLLUSTRATOR-dur. Loqolar, diaqramlar, illustrasiyalar və digər oxşar şeylərin hazırlanması üçün istifadə olunur. Vektor əsaslı olmağı bizə hazırladığımız həmin dizaynları böyüdüb-kiçilrdiyimiz zaman və ya yaxınlaşdırdığımızda keyfiyyət, rənglər, xətlər və s. hər zaman olduğu kimi qalır.
INDESIGN isə daha çox kitab, jurnal, dəftər və s. kimi çox vərəqli layihələrin dizayn edilməsi üçün istifadə olunur. Sadalanan hər üç proqram təminatı da demək olar ki, eyni istifadəçi interfeysinə sahibdir və bu sizə birindən digərinə keçid zamanı daha tez adaptasiya olmağa kömək edir.
Comments